Bank Of Baku

Azərbaycan Ukraynaya neftin nəqlini artıracaq

Azərbaycan Ukraynaya neftin nəqlini artıracaq
# 28 oktyabr 2010 15:41 (UTC +04:00)
«APA-Economics»in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, razılıq Kiyevdə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yanukovç arasında keçirilən görüşdə əldə olunub. Bu barədə dövlət başçıları görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında bildiriblər.

V.Yanukoviç qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrində əsas rolu yanacaq-enerji sahəsinin inkişafı oynayır. Ukraynanın dövlət başçısı onu da bildirib ki, iki ölkə arasında birgə işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub və həmin işçi qrupu Azərbaycandan Ukraynaya göndərilən enerji resurlarının həcminin artırılmasına dair strateji müqavilənin layihəsini hazırlayacaq. V.Yanukoviç bu əməkdaşlığa digər tərəflərin də, o cümlədən Rusiyanın qoşulacağı istisna etmir.

Ukraynanın dövlət başçısı vurğulayıb ki, Azərbaycandan Ukraynaya nəql olunan enerji resurlarının, əsasən də neftin həcminin artırılması, Odessa-Brodı neft kəmərinin doldurulması istiqamətində və bu kəmərin avers rejimində istismarı məqsədi daşıyır.

Öz növbəsində İ.Əliyev qeyd edib ki, Azərbaycan tərəfi Ukraynaya ixrac etdiyi enerji daşıyıcılarının həcmini tədricən artırmağa başlayıb. Azərbaycan prezidenti bildirib ki, bu il ərzində Azərbaycandan Ukraynaya 1 mln. tondan artıq neft nəql olunub. Bununla yanaşı İ.Əliyev Azərbaycanın Odessa-Brodı layihəsinə tam qoşulmağa hazır olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR