Bank Of Baku

Gürcüstanda açılan «SOCAR» brendli yanacaqdoldurma məntəqələrinin sayı 53-ə çatıb

Gürcüstanda açılan «SOCAR» brendli yanacaqdoldurma məntəqələrinin sayı 53-ə çatıb
# 28 oktyabr 2010 15:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda həyata keçirdiyi investisiya proqramının davamı olaraq bu gün «SOCAR Energy Georgia» şirkətinin törəmə müəssisəsi olan «SOCAR Georgia Petroleum» MMC Gürcüstanda daha 3 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, yeni yanacaqdoldurma məntəqələri Kutaisi şəhərinin mərkəzində, Kaxetiya regionu, Telavi rayonunun Vardisubani kəndində, eləcə də Çoxatauri rayonunun mərkəzində açılıb.

Bununla da, «SOCAR» brendi altında Gürcüstan ərazisində yanacaqdoldurma məntəqələrinin sayı 53-ə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR