Bank Of Baku

Azərbaycan hökuməti “Şahdəniz” qazının satışı üçün potensial alıcılarla danışıqlar aparır

Azərbaycan hökuməti “Şahdəniz” qazının satışı üçün potensial alıcılarla danışıqlar aparır
# 30 noyabr 2010 08:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan hökuməti “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində əldə ediləcək qazın satışı üçün potensial alıcılarla danışıqlar aparır. Danışıqlarda BP şirkəti də iştirak edir.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında “BP-Azerbaijan” şirkətinin prezidenti Rəşid Cavanşir bildirib.

Onun sözlərinə görə, indiyədək Avropanın 20-yə yaxın ölkə və şirkətinə müvafiq müraciətlər göndərilib: “Son illər Avropanın qaz bazarında sıxılmış qazın populyarlaşması alıcıların Azərbaycan qazına marağını azaltmayıb. Müraciətlərin sayı da göstərir ki, avropalılar Azərbaycan qazını almaqda maraqlıdır”.

Qeyd edək ki, “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi layihəsi üzrə ilk qazın 2017-ci ildə əldə olunması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR