Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi son bir ildə 34% artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi son bir ildə 34% artıb
# 30 noyabr 2010 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1% azalıb, yanvar-oktyabr aylarında isə 2009-ci ilin müvafiq dövrünə nisbətən 34,4% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin oktyabr ayında mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri neft və qaz hasilatı üzrə 0,3% azalıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 3,9% artıb.

Oktyabrda emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,4% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri sellüloz-kağız istehsalı, nəşriyyat işi üzrə 0,9%, neft məhsullarının istehsalı üzrə 0,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,7%, içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı üzrə 0,6%, elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalı üzrə də 0,6%, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı və kimya sənayesi üzrə 0,3% bahalaşıb, oduncaqların emalı və ağacdan məmulatların istehsalı üzrə 1,8%, emal sənayesinin digər sahələri üzrə 1,7%, toxuculuq və tikiş sənayesi üzrə 1,4%, digər qeyri-metal mineral maddələrin istehsalı üzrə isə 0,3% ucuzlaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsi üzrə istehsalçı qiymətlərində heç bir dəyişiklik müşahidə olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR