Bank Of Baku

«BP-Azerbaijan»: Bu il «Əsrin müqaviləsi» çərçivəsində 42 mln. tondan artıq neft çıxarılacaq

«BP-Azerbaijan»: Bu il «Əsrin müqaviləsi» çərçivəsində 42 mln. tondan artıq neft çıxarılacaq
# 30 noyabr 2010 10:18 (UTC +04:00)
Nəticədə, bu yataqlar üzrə gündəlik hasilat orta hesabla 835,1 min barel təşkil edib.

Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin sonunadək bu yataqlardan 42,1 mln. ton neft (gündəlik - 854 min barel) hasil edilməsi nəzərdə tutulub. Platformalar üzrə gündəlik hasilatın 90,9 min bareli «Çıraq», 184,2 mini «Mərkəzi Azəri», 285,7 mini «Qərbi Azəri», 158,1 mini «Şərqi Azəri» və 135,1 mini «Dərinsulu Günəşli» platformasının payına düşür.

İlk 9 ayda «Azəri-Çıraq-Günəşli» layihəsinin iştirakçıları layihəyə 270 mln. ABŞ dolları əməliyyat məsrəfləri və 1 149 mln. dollar əsaslı məsrəflər xərcləyiblər. İlin sonunadək layihə üzrə əməliyyat məsrəflərinin 587 mln. dollara, əsaslı məsrəflərin isə 1 584 mln. dollara çatacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR