Bank Of Baku

Azərbaycan bu il 2,5 mlrd. kubmetr səmt qazı alıb

Azərbaycan bu il 2,5 mlrd. kubmetr səmt qazı alıb
# 30 noyabr 2010 10:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında «Əsrin müqaviləsi» («Azəri-Çıraq-Günəşli» yataqlar bloku) layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 2,5 mlrd. kubmetr (gündə 9,3 mln. kubmetr) səmt qazı verilib. Başqa sözlə, ARDNŞ-ə verilən qaz bütövlükdə 2010-cu il üçün planlaşdırılan 1,9 mlrd. kubmetrlik həcmdən xeyli artıq olub.

«BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşirin «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycan tərəfinə verilən səmt qazının plandan artıq olması həm də ARDNŞ-in qaz anbarlarında həyata keçirdiyi işlərlə bağlıdır. İlin sonunadək bu həcmin daha da artacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR