Bank Of Baku

Türkiyə Azərbaycandan aldığı qazın həcmini azaldıb

Türkiyə Azərbaycandan aldığı qazın həcmini azaldıb
# 30 noyabr 2010 12:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir bildirib.

«Şahdəniz» yatağından qaz hasilatının maksimum həddə (ildə 8,6 mlrd kubmetr) çatdırılmamasının səbəblərini izah edən R.Cavanşirin sözlərinə görə, hasilatın maksimal həddə çatdırılması üçün imkanlar mövcuddur: «Söhbət ondan gedir ki, gərək alıcılar bu qazı bizdən istəsin. Məsələn, Türkiyə birinci ildir ki, «Şahdəniz» qazını tam həcmdə almır, buna görə də «Şahdəniz»dən qaz hasilatını artırıb onu ixrac edə bilmirik».

Ümumiyyətlə, R.Cavanşirin sözlərinə görə, son iki ildə dünya qaz bazarında vəziyyət dəyişib: «Vəziyyət düzələndə biz də hasilatı artıracağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR