Bank Of Baku

BP şirkəti «Ümid» yatağının qazını da daşımağa hazırdır

BP şirkəti «Ümid» yatağının qazını da daşımağa hazırdır
# 30 noyabr 2010 13:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Ümid» yatağının tapılması bu ölkənin geoloqlarının böyük nailiyyətidir. «APA-Economics»in məlumatına görə, bunu «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir bildirib.

R.Cavanşirin fikrincə, «Ümid» yatağından çıxacaq qazın nəqli ilə bağlı BP və Azərbaycan Dövlət Neft Şirkəti arasında heç bir danışıq aparılmır: «Amma belə müraciət olarsa, BP əməkdaşlığa hazırdır. Böyük məmnuniyyətlə belə danışıqları aparacağıq, amma hələlik bu yataq yeni açılıb, burada hasilata başlanması üçün çox işlər görülməlidir».

«Ümid» yatağından qazın ixrac olunma mərhələsinədək müəyyən vaxt tələb olunduğunu bildirən «BP-Azerbaijan»ın rəhbəri buna «Şahdəniz» yatağını misal göstərib: «Şahdəniz» 1999-cu ildə açılsa da, onun nəqli ilə bağlı danışıqlar indiyədək davam edir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR