Bank Of Baku

Rövnəq Abdullayev: “Gürcüstan hökuməti qaz kəmərlərinin özəlləşdirilməsi haqqında qərar qəbul etsə, ARDNŞ bu aktivlərə maraq göstərə bilər”

Rövnəq Abdullayev: “Gürcüstan hökuməti qaz kəmərlərinin  özəlləşdirilməsi haqqında qərar qəbul etsə, ARDNŞ bu aktivlərə maraq göstərə bilər”
# 30 noyabr 2010 16:57 (UTC +04:00)
ARDNŞ-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Gürcüstan rəsmiləri ilə keçirilmiş görüşlərdə Gürcüstanın qaz təminatı sahəsində ARDNŞ-nin həyata keçirdiyi layihələrin gedişi müzakirə olunub, ölkənin qaz distrubusiyası şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi, Gürcüstan bazarının neft məhsulları ilə təchizatında ARDNŞ-nin fəal iştirakı, habelə Azərbaycanda istehsal edilən neft məhsullarının Gürcüstan üzərindən tranziti məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Gürcüstan rəsmiləri ARDNŞ-nin bu sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, şirkətin Gürcüstan enerji bazarında mühüm rol oynadığını xüsusi qeyd ediblər. Gürcüstanın energetika naziri A. Xetaquri və Neft-qaz Korporasiyasının rəhbəri Z. Cancava ilə keçirilmiş görüşdə qonşu ölkənin strateji enerji layihələrində fəallığını artırmaq istəyi və bu istiqamətdə atılması tələb olunan addımlar haqqında geniş müzakirələr aparılıb, AGRİ layihəsinin həyata keçirilməsi imkanları və layihənin tezləşdirilməsi üçün mövcud olan variantlar araşdırılıb. ARDNŞ prezidenti R. Abdullayev Gürcüstanın mövcud magistral qaz kəmərlərinin, o cümlədən Rusiyadan Ermənistana təbii qaz ixrac olunan kəmərin Gürcüstan hissəsinin imkanlarından tranzit məqsədləri üçün istifadə edilməsi məsələsini vurğulayıb. O, Gürcüstan hökumətinin həmin kəmərlərin özəlləşdirilməsi haqda qərar qəbul edəcəyi təqdirdə ARDNŞ-nin bu aktivlərə maraq göstərəcəyini diqqətə çatdırıb. R. Abdullayev mövcud infrastrukturlardan istifadənin AGRİ layihəsinin həyata keçirilməsini sürətləndirəcəyinə əminliyini ifadə edib.

ARDNŞ prezidentinin Gürcüstan rəsmiləri ilə danışıqlarında ölkə regionlarının qazlaşdırılması üzrə aktual məsələlər, yeni abonentlərin qaz şəbəkəsinə qoşulması, payız-qış mövsümündə Gürcüstan istehlakçılarının təbii qazla sabit və etibarlı təminatı məsələləri diqqət mərkəzində olub. Rövnəq Abdullayev bu istiqamətdə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR