Bank Of Baku

Ukrayna Azərbaycanla imzalanmış hökumətlərarası memorandumu təsdiqləyib

Ukrayna Azərbaycanla imzalanmış hökumətlərarası memorandumu təsdiqləyib
# 01 dekabr 2010 15:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ukrayna Nazirlər Kabineti Ukraynaya sıxılmış qazın çatdırılmasının təşkili üzrə Azərbaycanla imzalanmış hökumətlərarası memorandumu təsdiqləyib.

APA-nın «URA-İnform»a istinadən məlumatına görə, bu barədə jurnalistlərə yanacaq və enerji nazirinin birinci müavini Sergey Çex deyib.

Onun sözlərinə görə, Ukrayna hökuməti Azərbaycanın Ukrayna bazarına çıxmaq niyyətinin ciddi olduğunu qeyd edib. Memorandum Azərbaycanın Ukraynaya ildə 5 mlrd. kubmetr sıxılmış qaz çatdırmasını nəzərdə tutur.

Bu sazişin həyata keçməsi üçün Ukrayna maye qaz terminalı inşa etməlidir. «Naftoqaz» ildə 10 mlrd. kubmetr qaz nəql etmək gücündə olan bu layihəni 2,5 mlrd. dollar dəyərində qiymətləndirib. Layihələşdirmə 2012-ci ildə həyata keçiriləcək. Terminalın birinci növbəsi 2013-cü ildən 2015-ci ilə kimi, ikincisi 2015-2016-cı illərdə inşa ediləcək. Qazın çatdırılması üzrə kontraktlar 2012-ci ilin ikinci - 2013-cü ilin birinci yarısında bağlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR