Bank Of Baku

Azərbaycan şimal istiqamətində neft ixracını artırıb

Azərbaycan şimal istiqamətində neft ixracını artırıb
# 02 dekabr 2010 07:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycan Novorossiysk (Rusiya) limanından neft ixracını artırıb. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi noyabrda Novorossiysk limanından 293 977 ton xam neft ixrac edib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu, oktyabr ayına nisbətən 34%, ötən ilin noyabr ayı ilə müqayisə də isə 23% çoxdur.

Bununla yanaşı, ümumilikdə yanvar-noyabr aylarında Novorossiysk limanından Azərbaycan neftinin ixracı əvvəlki ilə nisbətən azalıb. Bu ilin yanvar-noyabr ayları ərzində həmin istiqamətdə 2 074 478 ton xam neft ixrac edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,4% azdır.

Noyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 85,33 dollara, Urals nefti – 84,74 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 86,13 dollara satılıb. Bu bir ay əvvəlki qiymətlərə nisbətən 2,6-3,9% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR