Bank Of Baku

Azərbaycan noyabrda neft məhsullarının ixracını azaldıb

Azərbaycan noyabrda neft məhsullarının ixracını azaldıb
# 02 dekabr 2010 09:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu ilin noyabr ayında 19 366 ton avtomobil benzini, 92 417 ton dizel yanacağı, 6 209 ton təyyarə yanacağı, 179 ton soba mazutu ixrac edib. Bu ilin oktyabr ayı ilə müqayisədə noyabrda avtomobil benzininin ixracı 8,1%, dizel yanacağının ixracı 21%, təyyarə yanacağının ixracı 31,7% azalıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, 2010-cu ilin yanvar-noyabr ayları ərzində 174 741 ton avtomobil benzini, 1 437 279 ton dizel yanacağı, 104 658 ton təyyarə yanacağı, 944 ton soba mazutu ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-noyabr aylarında avtomobil benzininin ixracı 18,9%, təyyarə yanacağının ixracı 60,5%, soba mazutunun ixracı 35,5 dəfə azalıb, dizel yanacağının ixracı isə 7,5% artıb.

Bu ilin noyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 774,39 dollar (ötən ilin noyabrına nisbətən 12% baha), təyyarə yanacağı – 760,78 dollar (15,5% baha), dizel yanacağı – 715,70 dollar (17,3% baha), 1%-li kükürdlü mazutun qiyməti isə 475,92 dollar (1,9% baha) təşkil edib. Ümumilikdə, noyabr ayında neft məhsullarının dünya qiymətləri oktyabra nisbətən 1,5-2,5% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR