Bank Of Baku

Gürcüstanın energetika naziri: “Azərbaycan istər energetika, istərsə də digər sahələrdə bizim strateji tərəfdaşımızdır”

Gürcüstanın energetika naziri: “Azərbaycan istər energetika, istərsə də digər sahələrdə bizim strateji tərəfdaşımızdır”
# 02 dekabr 2010 11:03 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın energetika naziri Aleksandr Xetaquri azərbaycanlıların kompakt yaşadığı Marneulidə olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir bölgədə elektrik sayğaclarının yeniləşdirilməsi prosesinin necə getdiyi ilə maraqlanıb. O, yerli əhali ilə görüşüb və yeni sayğacların quraşdırılması nəticəsində elektrik enerjisinə qənaət olunacağını bildirib. Görüşdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, “Energo-pro-Georgia” şirkətinin baş direktoru Radoslav Dudolenski, Marneuli rayon icra hakimiyyətinin başçısı Zaza Dekonoidze və digər rəsmi şəxslər iştirak edib.

A. Xetaquri APA-ya açıqlamasında Azərbaycanın Gürcüstanın enerji sisteminin inkişafında böyük rol oynadığını söyləyib: “Azərbaycan istər energetika sahəsində, istərsə də digər sahələrdə bizim strateji tərəfdaşımız olan dövlətdir. Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatının inkişafında böyük rol oynayır. ARDNŞ bizim ölkədə böyük layihələr həyata keçirir. ARDNŞ Kulevi terminalı vasitəsilə Azərbaycanın neft məhsullarını xaricə ixrac edir. “SOCAR Georgia Gas” şitkəti Gürcüstanda qazpaylayıcı şəbəkələri özəlləşdirib. İndi Gürcüstan əhalisinin 45 faizinə “SOCAR-Georgia-Gas" vasitəsilə təbii qaz verilir. Bu şirkət hazırda regionların qazlaşdırılması ilə məşğuldur. Üç ildən sonra Gürcüstan əhalisinin 75%-i qazla təmin olunacaq. Bu, böyük əhəmiyyət kəsb edir. Çünki bu, bizim ölkəmizin iqtisadi yüksəlişini təmin edəcək”.

A. Xetaquri Azərbaycan təbii qazının nəqli mövzusunda ötən həftə ARDNŞ prezidenti ilə vacib görüş keçirdiklərini vurğulayıb: “Məlum olduğu kimi, biz AGRİ layihəsi çərçivəsində sıxılmış qazın Azərbaycan-Gürcüstan qaz boru kəməri ilə Kulevi terminalından Qara dəniz vasitəsilə Rumıniyanın Konstansa limanına ötürülməsi barədə müzakirələr aparmışıq. Qərara gəldik ki, bu layihəni genişləndirək və birlikdə magistral şəbəkələrdən istifadə etməklə Azərbaycan qazının bu boru kəməri ilə Avropa bazarına ötürülməsini təmin edək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR