Bank Of Baku

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda audit keçirilib

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda audit keçirilib
# 03 dekabr 2010 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda audit aparılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, zavodda Türk Standartları İnstitutunun nümayəndələri tərəfindən TS EN İSO 9001:2008 Keyfiyyət, TS EN İSO 14001:2004 Ekologiya və TS 18001:2008 əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə növbəti audit keçirilib, beynəlxalq standartların tələblərinin zavodda yerinə yetirilməsi vəziyyəti yoxlanılıb.

Nəticədə audit aparan tərəf Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda görülən işlərdən razı qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR