Bank Of Baku

Qalmaz yeraltı qaz anbarında yeni quyular qazılıb

Qalmaz yeraltı qaz anbarında yeni quyular qazılıb
# 03 dekabr 2010 15:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qalmaz yeraltı qaz anbarında 2 yeni quyu qazaraq təhvil verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sözügedən yeraltı qaz anbarında hazırda yenidənqurma işləri aparılır, qazma işləri nəticəsində mövcud quyuların sayı artırılır.

Yeni iki quyunu ARDNŞ-ın Kompleks Qazma İşləri Trestinin «Qobustan» Kəşfiyyat Qazma İşləri İdarəsi (KQİİ) qazıb. Belə ki, 1 770 metr dərinliyi olan 338 və 1 840 metr dərinliyə malik 339 nömrəli quyuların hər biri Məhsuldar Qatın II horizontuna qazılıb.

Bundan başqa, «Qobustan» KQİİ yataqdakı 340 nömrəli quyuda da qazma işlərini başa çatdırıb. Quyuda 1 723-1 677 metr intervalında perforasiya işləri aparılıb, mənimsəmə işləri görülür.

Qeyd edək ki, hazırda yeraltı qazsaxlama anbarı kimi istifadə olunan Qalmaz yatağının istismar fondunda 109 quyu mövcuddur. Bunun da 99-u işlək quyu fonduna aiddir, 4 quyuda əsaslı təmir, 3 quyuda mənimsəmə işləri aparılır, 3 quyu isə təmir gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR