Bank Of Baku

“Azərikimya” İB gələn il «Topas-75» tipli sutəmizləyici qurğu-kompleksinin sayını 50-yə çatdıracaq

“Azərikimya” İB gələn il «Topas-75» tipli sutəmizləyici qurğu-kompleksinin sayını 50-yə çatdıracaq
# 04 dekabr 2010 10:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Mexaniki-təmir zavodunda «Topas-75» tipli beşinci sutəmizləyici qurğu-kompleksi vaxtından əvvəl istehsal edilərək dəniz neftçiləri üçün yola salınıb.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Çexiyanın «TOPALvater» şirkətinin layihəsi əsasında istehsal olunmuş bu qurğunun hazırlanmasına minimum vaxt – cəmi 20 gün sərf edilib. Əsas etibarı ilə «Azərikimya» İB-nin müəssisələrinin mexaniki və texnoloji avadanlıqlarının təmiri ilə məşğul olan zavodun işçiləri ilk dəfə olaraq 2010-cu ilin avqustunda bu tipli qurğuların istehsalına başlayıb.
«Topas-75» tipli sutəmizləyici qurğudan əsas etibarı ilə yaşayış məntəqələrində və sənaye müəssisələrində, o cümlədən dəniz mədənlərində istifadə oluna bilir. Qurğunun hazırlanması prosesində plastik materiallarla metal hissələrin bir-birinə qaynaqlanması təmirçilər üçün yenilik olsa da, digər texniki işlərin, mexaniki və avtomatika elementlərinin yığımı üzrə əməliyyatların yerinə yetirilməsində çoxillik təcrübə işin sürətlə və keyfiyyətlə aparılmasında mühüm amil olub.
Mexaniki-təmir zavodunun kollektivi «Azneft» İstehsalat Birliyi və digər müəssisələrin sifarişləri əsasında dəniz neftçilərinin ehtiyaclarını ödəmək məqsədi ilə 2011-ci ildə «Topas-75» qurğusu istehsalını 50-yə çatdırmağı nəzərdə tutub. Qurğunun yaxın gələcəkdə respublikanın sənaye müəssisələrində daha geniş tətbiq edilməsi ətraf mühitin, o cümlədən Xəzərin ekologiyasının yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR