Bank Of Baku

Proqnoz: Neftin qiyməti tezliklə 100 dolları keçəcək

Proqnoz: Neftin qiyməti tezliklə 100 dolları keçəcək
# 06 dekabr 2010 08:57 (UTC +04:00)
Bu barədə «JP Morgan Chase&Co.» investisiya bankının yaxın perspektiv üçün neftin qiyməti ilə bağlı hazırladığı proqnozlarda bildirilir.

«APA-Economics»in məlumatına görə, bank mütəxəssislərinin fikrincə, neftin qiymətinin yüksəlməsinə inkişaf etməkdə olan ölkələr tərəfindən tələbatın artması, bunun fonunda isə OPEC-in hesilatı artırmaq istəməməsi səbəb olacaq. Yeri gəlmişkən, «JP Morgan» analitikləri hesab edirlər ki, neftə tələbatın artması gözləniləndən çox olub. Nəticədə, bahalaşma bundan sonra da davam edəcək və 2011-ci ilin ortalarında qiymətlər bir barel üçün 100 dollar həddini keçəcək, 2012-ci ilin sonunda isə qiymətlərin 120 dollara çatacağı gözlənilir.

Xatırladaq ki, ötən həftənin sonunda London birjasında Brent markalı neftin qiyməti 91,31 dollar olub və bu, son 25 ayda neftin ən yüksək qiymətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR