Bank Of Baku

OPEC: Neftin qiyməti 100 dollaradək artmalıdır

OPEC: Neftin qiyməti 100 dollaradək artmalıdır
# 08 dekabr 2010 08:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünya bazarları enerji daşıyıcılarının nəqlinin təhlükəsizlik böhranı ilə üzləşməyə yaxındır, neft isə lazımi qədər qiymətləndirilməmiş qalır və onun qiyməti 100 dollaradək/barel artmalıdır.

«APA-Economics»in «Reuters»ə istinadən verdiyi məlumata görə, bu barədə Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) İran üzrə rəhbəri Məhəmməd Əli Xatibi bildirib.

«Hazırda OPEC-a daxil olmayan ölkələrdə neft istehsalının və nəqlinin gözlənilən qlobal azalması dünyanı enerji daşıyıcılarının nəqlinin təhlükəsizliyi düşündürür. Son illər sözügedən ölkələr bazarda daimi neftin artıqlığını yaradırdı. Lakin gələcəkdə neft hasilatının azalması səbəbindən bunu etmək mümkün olmayacaq», - deyə M.Ə.Xatibi bildirib.

Neft kotirovkalarının artımından danışan İran nümayəndəsi həmçinin qeyd edib ki, neftə olan qiymətlərin artımı son vaxtlar dolların dəyərdən düşməsini əks etmir: «Real olaraq dünyada neftin qiymətləri ötən illərlə müqayisədə demək olar ki artmayıb. Belə ki, dolların məzənnəsinin aşağı düşməsi nəzərə alınmır».

Bununla belə, M.Ə.Xatibi bildirib ki, neftə olan qiymətin yuxarı olması neft istehsalçısı olan ölkələrin investisiyalar həyata keçirməsi üçün vacibdir: “Neftin nəqlində təhlükəsizliyi təmin etmək üçün əsas məsələlərdən biri neftin hasilatına yatırılan investisiyaları artırmaqdır. Neftin qiymətinin artması isə bu sektorda investisiya qoyuluşunu artıracaq”.

Xatırladaq ki, OPEC-ə Əlcəzair, Anqola, Venesuela, Qabon, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR