Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini artırıb
# 09 dekabr 2010 08:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin noyabr ayında dövlət büdcəsinə 111,246 mln. manat vəsait ödəyib. Bu, ötən ilin noyabrı ilə müqayisədə 0,54%, bu ilin oktyabrına nisbətən 0,97% azdır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Bu ilin yanvar-noyabr aylarında büdcəyə 1 071,561 mln. manat ödənilib. Bu göstərici 2009-cu ilin yanvar-noyabr ayı ilə müqayisədə 14,4% çoxdur.

Bundan başqa, noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 15,332 mln. manat vəsait köçürüb ki, bu da ötən ilin noyabrına nisbətən 63,7% çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 124,088 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,2% çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR