Bank Of Baku

“Azərikimya”da işə qəbul üçün müsabiqə keçirilib

“Azərikimya”da işə qəbul üçün müsabiqə keçirilib
# 09 dekabr 2010 11:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində kimya müəssisələrinin energetika sahəsində işləmək istəyən gənc mütəxəssis və peşə sahiblərinin işə qəbulu üzrə müsabiqə keçirilib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, test üsulu ilə keçirilən yoxlamalarda iddiaçılar 20 suala cavab verməli olublar.

Kimya sənayesinin xüsusilə böyük məsuliyyət tələb edən energetika sahəsi üzrə keçirilən müsabiqədə iştirak edən hər bir mütəxəssis və ixtisaslı fəhlə yüksək bilik, qeyri-standart vəziyyətlərdən operativ çıxış yolu tapmaq bacarığı nümayiş etdirməli, təhlükəsizlik texnikası qaydalarını mükəmməl bildiklərini göstərməli olublar.

Sınaq test yoxlaması “Azərikimya” İB-nin təcrübəli mütəxəssisləri, hüquqşünas və kadr işçilərindən təşkil olunmuş xüsusi komissiya tərəfindən aparılıb. Müsabiqədə iştirak etmiş 30-a yaxın mütəxəssisin nəticələri komissiya üzvləri tərəfindən cavab kartları yoxlanıldıqdan sonra məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR