Bank Of Baku

AYİB «Nabucco» layihəsini maliyyələşdirməyə hazırdır

AYİB «Nabucco» layihəsini maliyyələşdirməyə hazırdır
# 09 dekabr 2010 13:40 (UTC +04:00)
«APA-Economics»ə verilən məlumata görə, bu barədə AYİB-in Azərbaycan üzrə 2010-2013-cü illəri əhatə edən yeni strategiyası ilə bağlı məlumatında bildirilir.

Azərbaycanda enerji və infrastruktur sektorlarına xüsusi dəstək verəcəyini açıqlayan bank bildirir ki, AYİB enerji daşıyıcılarına və elektrikə qənaət olunmasına xüsusi diqqət yönəltməklə Azərbaycan infrastrukturunun inkişafına dəstəyini davam etdirəcək. «Nabucco» layihəsinin maliyyələşdirilməsində iştiraka baxmağa hazır olan bank öz layihələrində tədarük fəaliyyətlərinin şəffaf aparılmasına şərait yaradacaq. AYİB həmçinin öz dövlət sifarişçiləri arasında kommersiya intizamını da təşviq edəcək, effektivliyi, maliyyə şəffaflığını və korporativ idarəetməni təkmilləşdirəcəyini bildirir.

Qeyd edək ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2015-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Son qiymətləndirmələrə görə, uzunluğu 3 300 km olacaq boru xəttinin tikintisi təqribən 7,9 mlrd. avroya (12,3 mlrd. ABŞ dolları) başa gələcək. Bu xərcin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR