Bank Of Baku

Balaxanı poliqonunda radiasiya fonu müəyyənləşdirilib

Balaxanı poliqonunda radiasiya fonu müəyyənləşdirilib
# 09 dekabr 2010 14:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-nin Ekologiya İdarəsi “Təmiz Şəhər” ASC ilə bağlanmış müqaviləyə əsasən Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda radiasiya fonunu ölçüb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, “Ekologiya ili” çərçivəsində ARDNŞ-nin Ekologiya İdarəsi və digər təşkilatların fəaliyyət sahələrində ətraf mühitin mühafizəsi üzrə davamlı tədbirlər həyata keçirilir.

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda fəaliyyət göstərən “Təmiz Şəhər” ASC ilə bağlanmış müqaviləyə əsasən Ekologiya İdarəsi mütəmadi olaraq həmin ərazidən torpaq, su və hava nümunələrini Kompleks Tədqiqat Laboratoriyasında araşdırılmasını təmin edir. Ekspedisiya tərəfindən qeyd olunan ərazidə aparılmış monitorinq işləri zamanı buranın radiasiya fonu da müəyyənləşdirilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR