Bank Of Baku

Neftin qiyməti 60 dollardan aşağı düşə bilər

Neftin qiyməti 60 dollardan aşağı düşə bilər
# 09 dekabr 2010 14:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Qarşıdakı 3 ildə neftin qiyməti 60 dollardan aşağı düşə və bu səviyyədə yarım il qala bilər. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın maliyyə naziri Aleksey Kudrin bildirib.

Onun sözlərinə görə, bu proqnoz bazarın analizi və analitik materialların öyrənilməsinə əsaslanır. Maliyyə naziri xatırladıb ki, Rusiya tarixində rus neftinin qiyməti 70 dollarlıq həddi bircə dəfə aşıb və qiymətlər 2 il bu həddə qalıb: «Qalan vaxtlarda isə neftin qiyməti 70 dollardan az olub».

Qeyd edək ki, Rusiyanın qarşıdakı 3 il üçün dövlət büdcəsində neftin qiyməti 75 dollar götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR