Bank Of Baku

«Azərenerji» yanğından mühafizə tədbirlərini gücləndirib

«Azərenerji» yanğından mühafizə tədbirlərini gücləndirib
# 10 dekabr 2010 11:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərenerji» ASC-nin müəssisələrində yanğından mühafizə ilə bağlı texniki müayinələr aparılır. ASC-dən «APA-Economics»ə verilən məlumata görə, iqlim şəraitinə uyğun olaraq müəssisələrə yanğından mühafizə sahəsində metodiki köməyin göstərilməsi daha da canlandırılıb. Təsdiq olunmuş cədvəl əsasında bütün müəssisələrdə texniki müayinələr aparılaraq aşkar olunmuş pozuntuların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

Bu məqsədlə hər ayın ikinci həftəsinin ikinci günləri «Azərenerji»nin tabeliyində olan müəssisələrdə «Təhlükəsizlik texnikası günü» elan olunub. Həmin günlərdə Yanğından Mühafizə Xidmətinə aid olan strukturlar yanğından mühafizə avadanlıqlarının real vəziyyəti ilə yerindəcə tanış olaraq əməli tədbirlər həyata keçirir.

ASC-dən bildirilib ki, qış mövsümündə energetika müəssisələri, obyektləri, binaları, qurğuları, avadanlıqlarının iş rejiminin dəyişilməsi ilə yanğın törənməsi ehtimalı artır. Bunun baş verməməsi üçün yanğın-texniki komissiyaları ərazilərdə, istehsalat sahələrində, binalarda yanğına qarşı rejimin yaradılmasına, qaynaq və digər odtəhlükəli işlərin aparılmasına nəzarəti artırır. Həmçinin, iş yerlərində tələb olunan qaydaların tətbiqi, o cümlədən ilkin yanğınsöndürmə vasitələri ilə təminat və onlardan istifadənin öyrədilməsi də diqqətdə saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR