Bank Of Baku

Azərbaycanda bəzi rayonların qaz təchizatı müvəqqəti dayandırılacaq

Azərbaycanda bəzi rayonların qaz təchizatı müvəqqəti dayandırılacaq
# 10 dekabr 2010 13:24 (UTC +04:00)
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Yevlax-Balakən magistral qaz kəmərində baş vermiş qaz sızmasının aradan qaldırılması, Əmircan-Bülbülə orta təzyiqli qaz kəmərində aparılan birləşdirmə və «Gövhər» Qazpaylayıcı Stansiyasında təmir işləri ilə əlaqədar dekabrın 10-da saat 10:00-dan 18:00-dək qaz təchizatında məhdudiyyətlər olacaq. Eyni vaxt ərzində həmçinin qaz kəməri üzərində siyirtmənin dəyişdirilməsi və yeni siyirtmənin quraşdırılması ilə əlaqədar Ucar Qazpaylayıcı Stansiyasından Ucar rayonuna gedən qaz kəmərində və payız-qış mövsümü ilə bağlı yenidən qurulan qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədi ilə Gəncə Qazpaylayıcı Stansiyasından qidalanan «Gəncə şəhər-2» orta təzyiqli qaz kəmərində qazın verilişi dayandırılacaq. Həmin müddətdə Oğuz, Şəki, Qax, Zaqatala, Baləkən, Gəncə, Ucar, Yevlax rayonları, eləcə də Bakının Suraxanı rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyətlər yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR