Bank Of Baku

Gələn il neftə tələbat artacaq

Gələn il neftə tələbat artacaq
# 10 dekabr 2010 14:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Beynəlxalq Energetika Agentliyi (BEA) 2011-ci il üçün dünyada neftə tələbat üzrə proqnozunu açıqlayıb. «APA-Economics»in məlumatına görə, agentliyin hesablamalarına əsasən, 2011-ci ildə neftə gündəlik tələbat 1,4 mln. barel artaraq 88,8 mln. barelə çatacaq.

Xatırladaq ki, BEA-nın bundan əvvəlki proqnozlarında gələn ilki tələbatın bir qədər az olacağı bildirilirdi, amma 2010-cu ildə Şimali Amerikada və Asiyada neftin istifadəsinin artması agentliyi proqnozlarını dəyişməyə məcbur edib. Nəticədə, 2010-cu ildə də tələbat gündə 87,4 mln. barel nəzərdə tutulub. Hələlik dünya bazarına ixrac edilən neft tələbatı cüzi də olsa üstələyir – noyabrda bazara gündə 88,1 mln. barel neft göndərilib ki, bu da əvvəlki aydan 400 min barel çoxdur. İxracın artımı Kanada, Qazaxıstan və Braziliya hesabına baş verib. Agentliyin proqnozlarına görə, gələn il dünyada neftin 33%-ni və ya 29,5 mln. barelini OPEC ölkələri verəcək. Bu OPEC-in bu ilki gündəlik ixracından 0,4 mln. barel çoxdur. OPEC-ə daxil olmayan ölkələr isə gələn il 53,4 mln. barel neft ixrac edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR