Bank Of Baku

Sumqayıtda işıqpulu ödənişi 100%-i keçib

Sumqayıtda işıqpulu ödənişi 100%-i keçib
# 13 dekabr 2010 08:16 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin noyabr ayında Sumqayıt şəhərində güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 103,72% təşkil edib.

Bu barədə “APA-Economics”ə “Sumqayıtelektrikşəbəkə” ASC-nin Sumqayıt Elektrik Şəbəkə Rayonundan məlumat verilib.

Cari ilin noyabr ayı ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 647,27 min manat dəyərində, 10787,84 min kvt/saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 671,35 min manat dəyərində ödəniş olub.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 79 501 nəfər abonent vardır. Şəhər üzrə ümumilikdə 76 723 ədəd elektrik sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR