Bank Of Baku

Yaxın 10 ildə Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkə Azərbaycan olacaq

Yaxın 10 ildə Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkə Azərbaycan olacaq
# 13 dekabr 2010 08:31 (UTC +04:00)
APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunu “SOCAR-TURGAS” birgə müəssisəsinin icraçı direktoru və “Petkim” şirkətinin İdarə Heyətinin üzvü Kənan Yavuz bəyan edib.

Türkiyənin ən böyük ehtiyacının enerji olduğunu vurğulayan K.Yavuz ARDNŞ-nin İnvestisiyalar İdarəsinin rəisi Vaqif Əliyevin gələcəkdə 20 mlrd. dollar sərmayə qoymaq planları barədə açıqlamasını xatırladıb: “Türkiyə Çindən sonra ən cəlbedici bazardır. Türkiyənin xam məhsula, Azərbaycanın isə dünya bazarlarına çıxmağa ehtiyacı var. “Petkim” “SOCAR-TURGAS”la birgə 2015, 2020 və 2040-cı illərə yönəlik master-plan hazırlayıb. 2015-ci ilə qədər 5 milyard dollar həcmində investisiya qoyulacaq”.

K.Yavuz 2030-cu ilədək Avropanın 10 ən böyük şirkətindən biri olmağı hədəf seçdiklərini bildirib: “2015-ci ilədək və ya ondan az sonra neftin qiyməti 200 dollar olacaq. Türkiyə bunu bilməlidir. Ona görə də neftin avtomobil yanacağında istifadəsi azaldılmalı, sənayedə istifadəsi artırılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR