Bank Of Baku

Azərbaycanda enerji qurğularının alınması üçün əhaliyə güzəştli kreditlər veriləcək

Azərbaycanda enerji qurğularının alınması üçün əhaliyə güzəştli kreditlər veriləcək
# 13 dekabr 2010 11:12 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) direktor müavini Cəmil Məlikov «APA-Economics»ə açıqlamasında bildirib ki, bu tədbirlərdən biri bu sahəyə aid texnoloji avadanlıqların xaricdən Azərbaycana gətirilən zaman idxal rüsumlarından azad olunmasını nəzərdə tutur. İndi külək turbinlərinə dair avadanlıqların həm gömrük rüsumlarından, həm də əlavə dəyər vergsindən azad olduğunu bildirən C.Məlikovun sözlərinə görə, təklifdə vergidən azad olunan avadanlıqların sihasının genişləndərilməsi nəzərdə tutulur: «Bərpa olunan enerji sahəsinin digər sektorlarında da inkişafa nail olmaq üçün orada da heç olmasa 5-10 il müddətinə belə güzəştlər nəzərdə tutulmalıdır».

İkinci belə tədbir alternativ enerji qurğularının alınması üçün güzəştli kreditlərin verilməsi ilə bağlı olacaq. C.Məlikovun sözlərinə görə, Azərbaycanda belə qurğuların istehsalı ilə məşğul olan sahibkarlara və onların alıcılarına güzəştli kreditlər veriləcək. Bu kreditlərin verilməsi üçün vəsaiti beynəlxalq maliyyə qurumları – Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Abu-Dabi İnkişaf Fondu ayıracaq. Bu qurumlarla aparılan müzakirələrdə onlar Azərbaycana öz investisiyalarını yönəltməyə razılıqlarını bildirib: «Onların öz missiyaları da bu sahəyə dəstək olmağı nəzərdə tutur».

Bu vəsaitlər əhaliyə yerli banklar vasitəsilə çatdırılacaq. Əhali bu kreditlər vasitəsilə qurğular alıb evlərində onun montajı xərclərini ödəyəcəklər. Kreditlərin məbləğinə gəlincə – bioqaz qurğusu alıb quraşdıranlar təqribən 5 min manat, günəş panellərindən istifadə etmək istəyənlər təqribən 10 min manat kredit ala biləcək. C.Məlikovun sözlərinə görə, adı çəkilən kreditlərin şərtləri çox güzəştli – illik faiz dərəcəsi 5%-dən az olacaq: «Çünki bu, kommersiya kreditləri deyil, alternativ enerjinin populyarlaşdırılması üçün verilir. Biz çalışacağıq ki, bu kreditlər banklardan keçəndə faiz dərəcələri bu həddən yuxarı olmasın».

Bu layihə çərçivəsində alınacaq vəsaitin ümumi həcmi hələlik dəqiləşməyib – bu Azərbaycanda nəzərdə tutulan pilot layihələrinin sayından və həcmindən asılı olacaq. Bunun üçün Azərbaycanda bəzi hazırlıq işləri aparılmalıdır – təbliğat işlər getməli, infrastruktur qurulmalı, o cümlədən belə qurğulara texniki xidmət göstərən servis strukturları yaranmalı, onların sertifikatlaşdırılması həyata keçməlidir. Bütün bu hazırlıq işləri 2013-cü ilədək başa çatmalıdır. Güzəhtli kreditlərin verilməsi də bundan sonra olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR