Bank Of Baku

Dörd ölkə transəfqan qaz kəmərinin çəkilişinə dair saziş imzalayıb

Dörd ölkə transəfqan qaz kəmərinin çəkilişinə dair saziş imzalayıb
# 13 dekabr 2010 12:57 (UTC +04:00)
Bakı - APA-Economics. Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan arasında TAPİ transəfqan qaz kəmərinin çəkilişinə dair saziş imzalanıb.

APA-Economics”in xəbərinə görə, “Kommersant” qəzeti bu sazişin Kremlin maraqlarına cavab verdiyini yazır.

Qəzet yazır ki, Türkmənistan qazını Hindistana çıxarmağa imkan verən yeni kəmər Aşqabadın Avropa İttifaqı tərəfindən dəstəklənən “Nabucco” layihəsində iştirak etmək arzusunu azalda bilər. Hərçənd Türkmənistanın TAPİ-nin reallaşması üçün səylərini gücləndirməsi də Moskvanın “xidməti” sayılır. Belə ki, Rusiya Türkmənistandan qaz alışını azaltmaqla bu ölkəni ixrac gəlirlərindən məhrum edib.

Maraqlıdır ki, layihənin reallaşma tarixi, tranzit stavkalarının həcmi və maliyyə şərtləri haqda sazişdə heç nə yazılmayıb. Əfqanıstandakı qeyri-sabitlik də layihənin reallaşması şanslarını şübhə altında qoyur.

1700 km uzunluğu olan TAPİ kəmərinin tikintisi 4 mlrd. dollar həcmində qiymətləndirilir. İlkin olaraq 2015-ci ildə layihə üzrə Cənubi Asiya bazarlarına 33 mlrd. kubmetr türkmən qazının çıxarılması nəzərdə tutulur. Pakistan və Hindistan 14 mlrd. kubmetr, Əfqanıstan isə 5 mlrd. kubmetr qaz alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR