Bank Of Baku

Azərbaycan və Sinqapur «Bakı Gəmiqayırma Zavodu» Birgə Müəssisəsi yaradıblar

Azərbaycan və Sinqapur «Bakı Gəmiqayırma Zavodu» Birgə Müəssisəsi yaradıblar
# 13 dekabr 2010 14:33 (UTC +04:00)
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, «Bakı Gəmiqayırma Zavodu» MMC adlanacaq bu birgə müəssisənin təsis müqaviləsini ARDNŞ prezidenti R.Abdullayev, AİŞ-in direktoru Əfqan İsayev və KOM-un baş icraçı direktoru Tong Chong Heong imzalayıblar. Mərasimdə «Keppel» Korporasiyasının baş icraçı direktoru, KOM-un Direktorlar Şurasının sədri Choo Chian Beng də iştirak edib. Müqaviləyə əsasən, yeni yaradılacaq müəssisədə ARDNŞ-in payı 65%, AİŞ-in payı 25%, KOM-un payı isə 10% olacaq. KOM-a həmçinin növbəti 3 il ərzində öz payını daha 10% artırmaq hüququ verilir.

Xatırladaq ki, Azərbaycanda yeni gəmiqayırma zavodunun inşası ilə əlaqədar tərəflər arasında Anlaşma Memorandumu (Müqavilə Başlıqları) 2009-cu ilin sonunda imzalanıb, 2010-cu il martın 19-da isə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. Həmin mərasimdə Sinqapurun xarici işlər naziri Georg Yeonun rəhbərliyi ilə Sinqapur nümayəndə heyəti də iştirak edib.

Hazırda bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın «Royal Haskoning» və Niderlandın «TTC» şirkətləri zavodun layihələndirməsi ilə məşğuldur. Paralel olaraq zavodun tikiləcəyi ərazidə torpaq işləri aparılır və sahənin geniş tikinti üçün hazırlanması davam etdirilir. Tikinti işlərinin həyata keçirilməsi üçün dəvət olunacaq potensial şirkətlər arasında onların bu işləri aparmaq imkanlarını yoxlamaq məqsədi ilə tenderqabağı sorğu keçirilib və tenderə dəvət olunacaq şirkətlərin son siyahısı hazırlanıb. Zavodun 2013-cü ilin iyun ayında fəaliyyətə başlaması planlaşdırılır. Müəssisənin istehsal gücü ildə 25 min ton metal konstruksiyalarının istehsalına bərabərdir. Zavod ildə 4 ədəd 15 min ton yükgötürmə qabiliyyətinə malik tanker, 4 ədəd isə dəniz təchizat və ya yedək gəmisi tikmək imkanına malik olacaq. Ümumiyyətlə, Bakı Gəmiqayırma Zavodunun inşasında əsas məqsəd Xəzər dənizi hövzəsində tələbat olan bütün növ gəmilərin istehsalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR