Bank Of Baku

Azərbaycan Çinə neft satacaq, Tailandla isə üzən neft anbarı yaradacaq

Azərbaycan Çinə neft satacaq, Tailandla isə üzən neft anbarı yaradacaq
# 13 dekabr 2010 14:40 (UTC +04:00)
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Çinə səfər çərçivəsində Pekində ARDNŞ ilə bu ölkənin «Zhen Rong» şirkəti arasında ikitərəfli əməkdaşlıqla bağlı danışıqlar aparılıb, Azərbaycanda çıxarılan xam neftin Çin Xalq Respublikasına təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

Sinqapura səfər zamanı isə ADRNŞ nümayəndə heyəti ilə Tailandın «PTT» şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə tərəflər ötən 5 il müddətində aparılmış ikitərəfli əməkdaşlığın nəticələrini müzakirə edərək qarşıdakı dövr üçün perspektivləri dəyərləndiriblər. Danışıqların yekunu olaraq tərəflər arasında Sinqapur yaxınlığında «PTT» şirkətinə məxsus üzən neft anbarının birgə istifadəsi barədə Memorandum imzalanıb. Bu sənədin həyata keçirilməsi Azərbaycan neftinin Asiya bazarına ixracının diversifikasiya olunmasına imkan verəcək və beləliklə, Azərbaycan neftinin ixracının səmərəliliyinin artırılmasına xidmət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR