Bank Of Baku

Ötən il «Azəri-Çıraq-Günəşli» blokunda 40,6 mln. ton neft hasil olunub

Ötən il «Azəri-Çıraq-Günəşli» blokunda 40,6 mln. ton neft hasil olunub
# 02 mart 2011 11:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Əsrin müqaviləsi»nə daxil olan «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan 2010-cu il ərzində 300,4 mln. barel və ya 40,6 mln. ton neft hasil edilib. Bu barədə «APA-Economics»ə layihənin operatoru olan «BP Azerbaijan» şirkətindən məlumat verilib.

Məlumata görə, 2010-cu ildə bu yataqlardakı «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə gündə orta hesabla 823,1 min barel neft çıxarılıb. «Çıraq» platformasında gündəlik hasilat 93,2 min barel, «Mərkəzi Azəri»də 205,3 min barel, «Qərbi Azəri»də 248,2 min barel, «Şərqi Azəri»də 140,7 min barel, «Dərinsulu Günəşli» platformasında isə gündəlik orta hesabla təxminən 135,6 min barel neft hasil olunub.

Ötən il ərzində şəmçinin «Əsrin Müqaviləsi»nə daxil olan yataqlardan Azərbaycan tərəfinə 3,4 mlrd. kubmetr səmt qazı verilib. Bu, 2010-cu il üçün proqnozlaşdırılan həcmdən 78,9% çoxdur. Orta hesabla ARDNŞ-ə hər gün 9,4 mln. kubmetr səmt qazı ötürülüb. Səmt qazının bir hissəsi sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan ölkənin daxili istifadəsi üçün «Azəriqaz» İB-nin qaz şəbəkəsinə, digər hissəsi isə qaz boru kəməri vasitəsilə ARDNŞ-in «Neft Daşları»ndakı kompressor stansiyasına göndərilib.

Hesabat ilində «Əsrin Müqaviləsi»nə daxil olan «AÇG» layihəsinin səhmdarları layihəyə 426 mln. dollar əməliyyat məsrəfləri və 1,648 mlrd. dollar əsaslı məsrəflər xərcləyib.

Xatırladaq ki, AÇG layihəsində BP (operator – 37,4%), «Chevron» (11,3%), ARDNŞ (10%), «Inpex» (11%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,7%), «Itochu» (4,3%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR