Bank Of Baku

Azərbaycan neft və qaz hasilatını azaldıb

Azərbaycan neft və qaz hasilatını azaldıb
# 14 mart 2011 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda neft-qaz hasilatı 2010-cu ilin analoji dövrünə nisbətən azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ölkədə 7,9 mln. ton neft və 4,1 mlrd. kubmetr qaz hasil edilib. Bu da, 2010-cu ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 1,3% və 2,4% azdır: «Hesabat dövründə müəssisələr tərəfindən istehsal olunan məhsulların əksər hissəsi yerli və xarici istehlakçılara göndərilib».

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda 51 mln. ton neft və 27 mlnd. kubmetr qaz hasil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR