Bank Of Baku

Qəddafi bəzi ölkələri Liviyanın neft sektoruna sərmayə qoymağa çağırıb

Qəddafi bəzi ölkələri Liviyanın neft sektoruna sərmayə qoymağa çağırıb
# 14 mart 2011 11:57 (UTC +04:00)
Bakı - APA-Economics. Liviya lideri Müəmmər Qəddafi Rusiya, Çin və Hindistanı ölkənin neft sektoruna sərmayə qoymağa çağırıb.

APA-Economics”in Liviya televiziyasına istinadən xəbərinə görə, M.Qəddafi bu bəyanatı adı çəkilən ölkələrin səfirləri ilə görüşündə səsləndirib.

Qeyd edək ki, vətəndaş müharibəsi ilə nəticələnən inqilab başlayana qədər Liviya sutkada 1,69 mln. barel neft istehsal edib. İnqilab başlayandan sonra isə bu rəqəm 200-300 min barelə qədər azalıb. Bu isə o deməkdir ki, Liviyada neft istehsalının həcmi qısa müddətdə 6-8,5 dəfə azalıb.

Vətəndaş müharibəsinə başlayana qədər Liviya dünyanın neftə olan tələbatının 2%-ni ödəyib. Kütləvi iğtişaşlar başlayandan sonra əcnəbi neft şirkətləri öz işçilərini bu ölkədən çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR