Bank Of Baku

Azərbaycan sənayesinin qeyri-neft sektorunda məhsul istehsalı 9% artıb

Azərbaycan sənayesinin qeyri-neft sektorunda məhsul istehsalı 9% artıb
# 14 mart 2011 13:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 4,9 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2% çox sənaye məhsulu istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun 3,6 mlrd. manatı və ya 74,3%-i sənayenin mədənçıxarma bölməsində istehsal olunub ki, ötən ilin eyni dövrünə nisbətən bu göstərici dəyişməz qalıb.

Sənayenin emal bölməsində iki ay ərzində 926,7 mln. manatlıq sənaye məhsulu istehsal olunub. Bölmədə qida məhsulları istehsalı 2,6%, geyim məhsulları istehsalı 2,4 dəfə, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 42,8%, ağac emalı və ağacdan məmulatlar istehsalı 68,3%, kağız və karton istehsalı 12,3%, poliqrafiya fəaliyyəti 8,1%, kimya sənayesi məhsulları istehsalı 88%, rezin və plastmas məmulatları istehsalı 15,7%, metallurgiya sənayesi məhsulları istehsalı 68,7%, elektrik avadanlıqları istehsalı 2,6 dəfə, maşın və avadanlıqların istehsalı 11,5%, avtomobil və qoşquların istehsalı 27,2 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı isə 10,5% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 6,1%-i və ya 296,1 mln. manatı istehsal olunub. İstehsal olunmuş 3,5 mlrd. kVt/saat elertrik enerjisi ötən ilki səviyyədən 2,4% çox olub. Öz növbəsində su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 0,6% artıb.

Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,9% artıb, neft-qaz sektorunda isə 1,6% azalıb.

İki ay ərzində istehsal olunmuş məhsulun 99,9%-i istehlakçılara göndərilib. Bununla belə, əvvəlki dövrlərdə yaranmış qalıqlar də nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında (kiçik müəssisələr istisna olmaqla) 213,1 mln. manatlıq hazır məhsul olub və əvvəlki ayla müqayisədə 9,2 mln. manat azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR