Bank Of Baku

Avstriya Azərbaycana ixracatının həcmini artırmağı planlaşdırır

Avstriya Azərbaycana ixracatının həcmini artırmağı planlaşdırır
# 15 mart 2011 09:01 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Qara dəniz və Cənubi Qafqaz regionları nəqliyyat və tranzitdən əlavə, sürətlə inkişaf edən enerji bazarları və enerji sektorunda inkişaf üçün böyük potensial təklif edir. APA-nın xəbərinə görə, bu barədə Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger Vyana İnstitutunda “Avstriyanın Qara dəniz və Cənubi Qafqaz regionlarında xarici siyasəti” mövzusunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının xarici enerji siyasətinin əsas sütunlarından biri bu regionların açar ölkələri ilə strateji enerji tərəfdaşlığının qurulmasıdır: “Avstriya strateji qaz dəhlizi olaraq Avropanın enerji təchizatının zəruri diversifikasiyasına xidmət edəcək “Nabucco” layihəsinə sadiqdir”.

Avstriyanın baş diplomatı qeyd edib ki, bu il aprelin 28-29-da Vyanada “Dunay arasında və Qafqazda energetika” mövzusunda regional konfrans keçiriləcək. Avstriyanın Xarici İşlər, Ətraf Mühit nazirlikləri və İqtisadiyyat Palatası tərəfindən təşkil olunacaq tədbirin əsas mövzusu enerji təhlükəsizliyi və Cənubi Qafqaz regionu ilə əməkdaşlıq, həmçinin bərpa olunan enerji mənbələri olacaq.

Nazir bildirib ki, Avstriya altı ölkəyə (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Türkiyə və Ukrayna) ixracatının həcmini artırmağı və yaxın 4 ildə onu 4 mlrd. avroya çatdırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR