Bank Of Baku

İsveçrə Yaponiyadakı zəlzələdən sonra atom proqramını dayandırıb

İsveçrə Yaponiyadakı zəlzələdən sonra atom proqramını dayandırıb
# 15 mart 2011 10:55 (UTC +04:00)
Bakı - APA-Economics. İsveçrə hökuməti öz atom reaktorlarının dəyişdirilməsinə dair planlarını dondurub.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu barədə ölkənin Federal Energetika Nazirliyi (Federal Office for Energy) açıqlama yayıb.

Proqramın dayandırılması Yaponiyada baş verən zəlzələnin yerli atom-elektrik stansiyalarının (AES) fəaliyyətində ciddi problemlər yaratması ilə bağlıdır. İsveçrə Yaponiyadakı situasiyanı təhlil etmək və yalnız bundan sonra yerli AES-lərin gələcək taleyi barədə qərar qəbul etmək niyyətindədir.

Hazırda İsveçrədə 4 AES var ki, onlarda da 5 reaktor işləyir. Bu reaktorların hamısı 1960-cı illərin sonu-1980-ci illərin əvvəlində işə salınıb. AES-lər ölkənin elektrik enerjisinə olan tələbatının 40%-ni ödəyir. 2013-2014-cü illərdə AES-lərin gələcək taleyi ilə bağlı isveçrədə referendum keçirilməsi gözlənilir.

Qeyd edək ki, Almaniyada yerli AES-lərin istismar müddətinin uzadılmasına dair proqram artıq rəsmən dayandırılıb, ABŞ-da isə bununla bağlı müzakirələr gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR