Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri fevralda 0,1% aşağı düşüb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri fevralda 0,1% aşağı düşüb
# 15 mart 2011 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 0,2% ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,7% bahalaşıb.

Fevral ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,4% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 8,7%, kimya sənayesi üzrə 6,8%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 4,8%, tütün məmulatlarının istehsalı üzrə 2,4%, qida məhsullarının istehsalı üzrə 0,6%, tikinti materiallarının istehsalı üzrə 0,5%, elektrik avadanlıqlarının istehsalı üzrə 0,4%, toxuculuq sənayesi üzrə 0,3%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,2%, içki istehsalı, poliqrafiya fəaliyyəti, geyim istehsalı, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1% bahalaşıb, metallurgiya sənayesi üzrə 7,4%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,6%, kağız və karton istehsalı üzrə 0,5%, maşın və avadanlıqların istehsalı üzrə isə 0,1% ucuzlaşıb.

Ay ərzində su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə istehsalçı qiymətləri 42,3% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR