Bank Of Baku

Bu il Azərbaycanda 10 kiçik su elektrik stansiyası istifadəyə veriləcək

Bu il Azərbaycanda 10 kiçik su elektrik stansiyası istifadəyə veriləcək
# 16 mart 2011 12:05 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

M.Əsgərovun sözlərinə görə, stansiyaların ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Stansiyalar əsasən su ehtiyatları olan dağlıq və enerjinin çatdırılması problemli olan bölgələrdə inşa olunur. Stansiyalar 1,5 MVt-dan 20 MVt-dək gücə malikdir, stansiyaların ümumi gücü isə 100 MVt-dan azdır.

«Azərenerji» rəsmisi qeyd edib ki, özəl şirkətlərə SES-lərin tikintisi təklif olunsa da, enerji istehsalına sərmayə yatırmaq istəyənlər yoxdur. Hökumət bu addımları atmaqla şirkətləri kiçik SES-lərin tikintisində maraqlandırmaq niyyətindədir.

M.Əsgərov cari ilin sonuna qədər Şirvan şəhərində inşa olunan «Cənub» elektrik stansiyasının da istifadəyə veriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR