Bank Of Baku

Azərbaycan-Gürcüstan-Türkiyə vahid enerji şəbəkəsinin yaradılması üçün Azərbaycandakı işlərə 45 mln. dollar tələb olunur

Azərbaycan-Gürcüstan-Türkiyə vahid enerji şəbəkəsinin yaradılması üçün Azərbaycandakı işlərə 45 mln. dollar tələb olunur
# 16 mart 2011 13:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan, Gürcüstan və Türkiyə enerji şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan «Enerji Körpüsü» layihəsi çərçivəsində Azərbaycan ərazisində yüksək gərginlikli elektrik verilişi xəttinin tikintisinə 40-45 mln. ABŞ dolları tələb olunur. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

M.Əsgərovun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanda 70 km-dən artıq bir məsafədə xətt tikilməlidir. Layihə üzrə ən çox iş Gürcüstanda görülməlidir.

«Gürcüstan 200 mln. dollar kredit alıb, amma hələ konkret iş görülməyib. Gürcüstan Azərbaycandan Türkiyəyə qədər xətt çəkməli, Axalkələkdə yarımstansiya inşa etməlidir», - deyə M.Əsgərov əlavə edib.

Hazırda layihə çərçivəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) iştirakı ilə hesablamalar aparıldığını deyən «Azərenerji» rəsmisinin sözlərinə görə, burada həm şəbəkənin etibarlığı, dayanıqlığı, şəbəkələrin hansı formada birləşməsi, yükün ötürülməsi istiqamətləri və s. öyrənilir.

«Azərenerji» ASC-nin vitse-prezidenti Azərbaycanın bu istiqamətdə 500-600 MVt elektrik enerjisi ixracına imkanı olduğunu vurğulayıb.

Rusiya-Azərbaycan-İran elektrik şəbəkələrinin sinxronlaşdırılması layihəsi üzrə işlərə gəlincə, M.Əsgərov burada əsas problemin Rusiya və İran arasında olduğunu vurğulayıb. Bu iki ölkənin bir biri ilə anlaşa bilmədiyini deyən M.Əsgərov Azərbaycanın hər iki dövlətlə razılığa gəldiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR