Bank Of Baku

Bu ilin sonunadək Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanacaq

Bu ilin sonunadək Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanacaq
# 16 mart 2011 13:37 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda Türkiyənin “BOTAŞ”, ARDNŞ və “Şahdəniz” layihəsi üzrə tərəfdaş şirkətlər bu müqavilənin hazırlanması üzərində iş aparırlar: “Bu işlər ötən il iki ölkə arasında imzalanmış memorandum əsasında aparılır”.

R.Abdullayev bildirib ki, hazırda ARDNŞ Bolqarıstanla da Azərbaycan qaz satışı ilə bağlı danışıqlar aparır: “Bolqarıstan “Nabucco” konsorsiumunun üzvüdür. Azərbaycan bir neçə ölkə, o cümlədən Bolqarıstanla “Şahdəniz” qazının satışı ilə bağlı danışıqlar aparır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR