Bank Of Baku

Azərbaycan “Ümid” qaz yatağında ikinci quyunun qazılmasına hazırlaşır

Azərbaycan “Ümid” qaz yatağında ikinci quyunun qazılmasına hazırlaşır
# 16 mart 2011 14:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz yatağında ikinci quyunun qazılması ilə bağlı işlər gedir.

APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, artıq bunun üçün lazım olan material və avadanlıqların alınması ilə bağlı işlər aparılır: “Yəqin ki, gələn ayın əvvəlində quyunun qazılmasına başlanacaq. Bu quyu əvvəlki quyudan şimal hissədə yerləşir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR