Bank Of Baku

Rövnəq Abdullayev: “Yaxın vaxtlarda ARDNŞ-ya digər qurumların birləşdirilməsi gözlənilmir”

Rövnəq Abdullayev: “Yaxın vaxtlarda ARDNŞ-ya digər qurumların birləşdirilməsi gözlənilmir”
# 16 mart 2011 14:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yaxın vaxtlarda digər qurumların Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) birləşdirilməsi gözlənilmir.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərin sualına cavab olaraq ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ötən il dövlət başçısının müvafiq sərəncamı ilə “Azərikimya” Dövlət Konserninin ARDNŞ-yə birləşdirilməsindən sonra şirkətin fəaliyyətində dövrilik tamamlanıb: “Yəni Neft Şirkəti hazırda həm neft-qaz hasilatı, həm neft və qaz məhsullarının emalı və satışı, həm də kimya məsullarının emalı və satışı ilə məşğuldur. Hesab edirik ki, bu tsikl artıq bağlanıb”.

Xatırladaq ki, ötən il “Azəriqaz” QSC və “Azərikimya” Dövlət Konserni ləğv olunub, onların bazası əsasında ARDNŞ strukturunda eyniadlı istehsalat birlikləri yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR