Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi azalıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi azalıb
# 16 mart 2011 14:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye mal ehtiyatları indeksi 2011-ci il mart ayının 1-nə mənfi 4,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks fevralın 1-nə müsbət 9,2%, yanvarın 1-nə isə mənfi 4,2%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatları üzrə ay ərzində yaranmış fərqin həmin ayın əvvəlinə olan ehtiyatların həcminin dəyərinə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir.

Qeyd edək ki, Azərbaycanda 2011-cu ilin martın 1-nə sənaye müəssisələrinin anbarlarında 213,1 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da fevralın 1-nə nisbətən 9,1 mln. manat azdır.

Əsas nisbi makroiqtisadi indikatorlardan olan mal ehtiyatları indeksinin azalması müsbət göstəricidir, çünki son istehlakın artmasını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR