Bank Of Baku

Qubanın Qəçrəş kəndinə ilk dəfə təbii qaz verilib

Qubanın Qəçrəş kəndinə ilk dəfə təbii qaz verilib
# 16 mart 2011 14:43 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Qubanın Qəçrəş kəndinə ilk dəfə təbii qaz verilib. APA-nın şimal bürosunun xəbərinə görə kənddə 450 abonentə Elester tipli sayğac quraşdırılıb.

58 kilometrlik polietilen kəmərlərdən ibarət qaz çəkilişi yerinə yetirilib. Hazırda digər kəndlərə qaz xəttinin çəkilişi davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamandar Eyvazlı APA-nın yerli bürosuna bildirib ki, ilin sonunadək Qubanın ən ucqar kəndləri belə qazla təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR