Bank Of Baku

Azərbaycanda dünya şöhrətli neftçi Nikolay Baybakovun 100 illik yubileyi tədbirlərinə yekun vurulub

Azərbaycanda dünya şöhrətli neftçi Nikolay Baybakovun 100 illik yubileyi tədbirlərinə yekun vurulub
# 16 mart 2011 15:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda “Gülüstan” sarayında dünya şöhrətli Azərbaycan neftçisi, SSRİ Dövlət Plan Komitəsinin sədri olmuş Nikolay Baybakovun anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

APA-Economics”in xəbərinə görə, bununla da Azərbaycanda N.Baybakovun yubiley tədbirlərinə yekun vurulub. Tədbirdə ARDNŞ rəhbərliyi, Rusiya səfirliyinin nümayəndələri, millət vəkilləri, Baybakov adına İqtisadi İnkişafa Yardım Fondunun rəhbərliyi və N.Baybakovun ailə üzvləri iştirak edib.

Tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev və birinci vitse-prezident Xoşbəxt Yusifzadə N.Baybakovun fəaliyyəti, Azərbaycan neft sənayesinin inkişafında göstərdiyi xidmətlər barədə məlumat veriblər. Baybakov Fondun sədri Aleksandr Romaşin və qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Pərviz Əbdüləzizov fondun gördüyü işlər haqda məlumat veriblər.

Sonda N.Baybakovun nəvəsi Mariya Baybakova göstərilən diqqətə görə Azərbaycan dövlətinə və xalqına Baybakovlar ailəsi adından təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR