Bank Of Baku

ABŞ-da VI İllik İpək Yolu Konfransı keçiriləcək

ABŞ-da VI İllik İpək Yolu Konfransı keçiriləcək
# 17 mart 2011 08:17 (UTC +04:00)
Vaşinqton. İzabel Levin - APA. Bu ilin iyulun 20-də Çikaqoda (ABŞ) “Qlobal enerji təhlükəsizliyi” mövzusunda VI İllik İpək Yolu Konfransı keçiriləcək. Bu barədə APA-nın Vaşinqton müxbirinə konfransın təşkilatçıları bildiriblər.

Tədbirdə tarixi İpək Yolu üzərində yerləşən ölkələrdən olan diplomatlar mövzu ilə bağlı müzakirələr aparacaqlar. Artıq Azərbaycan, Türkiyə, Qazaxıstan, Pakistan və Rumıniya konfransda iştiraklarını təsdiqləyib.

Azərbaycanın aparıcı rol oynayacağı konfrans Türkiyə və Azərbaycanda İpək Yolu konfransları keçirmiş Mərkəzi Asiya Araşdırmalar Mərkəzi, Türkiyə-ABŞ Ticarət və Sənaye Palatası, İllinoys Dünya Ticarət Mərkəzi və Şimali İllinoys Universitetinin məşhur Biznes Kollecinin maliyyə dəstəyi ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR