Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycanda magistral kəmərlərlə neftin nəqli 5% artıb

Yanvar-fevral aylarında Azərbaycanda magistral kəmərlərlə neftin nəqli 5% artıb
# 17 mart 2011 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 8 mln. ton və ya ötən ilin analoji dövründəkindən 5,2% çox neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,2%-i ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 6,1 mln. ton neft ötürülüb ki, 2010-cu ilin yanvar-fevral ayları ilə müqayisədə bu göstərici 7% çoxalıb.

Eyni zamanda, hesabat dövründə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 408,2 min ton tranzit Türkmənistan nefti nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 3,5 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7% çox qaz nəql edilib. Nəql edilmiş qazın 21,5%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 760,4 mln. kubmetr və ya ötən ilin analoji dövrü ilə müqayisədə 8,8% az qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR