Bank Of Baku

Rusiya “Cənub axını” layihəsindən imtina edə bilər

Rusiya “Cənub axını” layihəsindən imtina edə bilər
# 17 mart 2011 09:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Rusiya özünün ən böyük enerji layihələrindən olan “Cənub axını” boru kəmərinin tikintisindən imtina etmək imkanlarına baxır.

APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın nüfuzlu «Kommersant» qəzeti baş nazirin müavini İqor Seçinin bəyanatına istinadən məlumat yayıb.

Rusiya hökumətində energetika məsələləri ilə məşğul olan baş nazirin müavini bildirib ki, Moskva bu layihənin ucuzlaşdırılması imkanlarını, eləcə də qazın Avropaya alternativ yollarla çatdırılması variantlarını nəzərdən keçirir. Alternativ yollardan biri qazın boru kəməri ilə yox, sıxılmış vəziyyətdə nəqlidir.

Ötən həftə baş nazir Vladimir Putin ölkənin Energetika Nazirliyinə Qara dəniz sahilində sıxılmış qaz zavodunun tikintisi imkanlarının öyrənilməsi barədə tapşırıq verib. Qəzetin məlumatına görə, bu addım «Cənub axını» layihəsinin ilkin variantından imtina ilə nəticələnə bilər.

Qeyd edək ki, “Cənub axını” qaz kəməri layihəsi Avropanın qaza olan ehtiyacını Rusiya qazı hesabına ödəməyi nəzərdə tutur. Bu baxımdan “Cənub axını” kəməri Avropa ölkələrinin dəstəklədiyi “Nabucco” layihəsinin birbaşa rəqibidir. Smeta dəyəri 25-30 mlrd. dollar arasında qiymətləndirilən layihənin son marşrutu hələlik müəyyənləşdirilməyib. Kəmərin ümumi uzunluğu 900 km, ötürmə qabiliyyəti ildə 63 mlrd. kub/metr olacaq. Rusiya indiyədək Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya və Xorvatiya ilə layihənin quru hissəsinin reallaşması üçün hökumətlərarası sazişlər imzalayıb. 2015-ci ilin dekabrında 2015-ci ildə işə salınması gözlənilən kəmərin tikintisi ilə Rusiyanın “Qazprom” şirkəti, İtaliyanın “ENİ” konserni və Fransanın “Electricite de France” (EdF) şirkəti məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR